İmtahan stresi CAN ALDI: Yeniyetmə özünü qatarın altına ATDI – FOTObackend

İmtahan stresi CAN ALDI: Yeniyetmə özünü qatarın altına ATDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Udmurtiyada məktəb imtahanlarının stresi gənc oğlanı intihara sürükləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Udmurtiya Respublikasında imtahan stresi faciəyə səbəb olub. Votkinsk şəhərində dəmir yolu xətlərində ağır bədən xəsarətləri almış 16 yaşlı Stepanın meyiti tapılıb.

İlkin məlumatlara görə, məktəbli Rusiya məktəblərində keçirilən əsas dövlət imtahanları ilə bağlı yaşadığı güclü stress, həyəcan və narahatlıq səbəbindən özünü qatarın altına ataraq intihar edib.

Dəhşətli hadisə bununla bitməyib və növbəti gün daha bir faciə qeydə alınıb. Cəmi bir gün sonra həmin dəmir yolu xəttinin eyni hissəsində daha bir nəfər – 25 yaşlı gənc də özünü qatarın altına ataraq həyatına son qoyub.

Hər iki hadisə ilə bağlı hüquq-mühafizə orqanları və Rusiya İstintaq Komitəsi tərəfindən araşdırmalara başlanılıb, faciələrin səbəbləri müəyyənləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az