İnam Kərimovla bağlı SENSASİON AÇIQLAMAbackend

İnam Kərimovla bağlı SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Kənd Təsərrüfatı naziri İnam Kərimovla bağlı sensasion açıqlama verib.

İnterpress.az xəbər verir ki, İ.Ağazadə deyib ki, kənd təsərrüfatı sahəsində qanunsuzluqlar baş verir:

“Bir müddət öncə də ən müasir, innovativ nazir hesab olunan İnam Kərimovun fəaliyyətinə münasibət bildirmişdim… Bazarda 2 400 manata satılan inəyi innovativ və müasir nazir 6 750 manata rəsmiləşdirir. Qoyunun bazar qiyməti 320 manat olduğu halda, 720 manata rəsmiləşdirilir. Gübrənin 50 kiloluq kisəsi 18-20 manatdır. Amma nazirlik sənəddə 48 manata qeyd edir. Nazirlik dövlətin güzəştini də mənimsəyir. Məsələ ilə bağlı Baş Prokurorluq məşğul olmalıdır”.

Nazirliyin mövqeyini dərc etməyə hazırıq.

 

İnterpress.az