İndoneziyada fermer tarladan nəqliyyat vasitəsinə qədər olan məsafəni dronla qət edir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
İndoneziyanın Şərqi Yava əyalətində yaşayan 53 yaşlı fermer Daeman tarladan öz nəqliyyat vasitəsinə qədər olan 1,5 kilometrlik məsafəni nəhəng kənd təsərrüfatı dronu ilə uçaraq gedir.
Sosial şəbəkələrdə sürətlə yayılan və böyük maraq toplayan görüntülərdə fermerin xüsusi təhlükəsizlik kəməri ilə drona bərkidilərək səmada sərbəst şəkildə süzdüyü əks olunub.
Fermer təxminən 15 metr yüksəklikdə, əkin sahələrinin üzərindən maneəsiz şəkildə uçaraq mənzil başına cəmi bir neçə dəqiqəyə çatır.
Onun istifadə etdiyi nəhəng dronun qiymətinin təxminən 20 000 dollar (təxminən 34 000 manat) olduğu bildirilir.
Kənd təsərrüfatı texnologiyalarından bu cür fərqli və yaradıcı istifadə üsulu izləyicilərin böyük diqqətinə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






