İngiltərədə oğlan uşaqlarına ən çox verilən ad Məhəmməddirbackend

İngiltərədə oğlan uşaqlarına ən çox verilən ad Məhəmməddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhəmməd adı İngiltərədə ən populyar oğlan adı olaraq qalır.

“BabyCentre” tərəfindən yayılan məlumata görə, Muhammed, Muhammad, Mohammed və ya Mohammad kimi fərqli yazılışlara malik Məhəmməd adı artıq 5-ci ildir ki, siyahının başında yer alır.

2-ci və 3-cü yerləri tutan Nuh və Oliver adları ötənilki mövqelərini qoruyur.

Həmçinin, 100 ən populyar oğlan adları siyahısına Ömər (79) və Abdul (90) isimləri də daxildir.

Qız adları siyahısında Olivia ötən il 2-ci yerə endikdən sonra bu il yenidən zirvəyə yüksəlib. Sofiya adı isə 2-ci yerə düşüb.

Bununla yanaşı, Fatimə və Nur adları da 100 ən yaxşı qız adları siyahısına daxil olub.