İngiltərənin Nottingem Bələdiyyəsi müflis olubbackend

İngiltərənin Nottingem Bələdiyyəsi müflis olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə Nottingem Şəhər Şurası büdcədəki “əhəmiyyətli kəsir” səbəbiylə faktiki olaraq müflis olduğunu elan edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nottingem Bələdiyyəsinin yerli hökuməti tərəfindən edilən açıqlamada, bələdiyyənin bu il büdcəsini tarazlaşdırmaq üçün qanuni öhdəliyini yerinə yetirə bilməyəcəyi bildirilib.

Bəyanatda qeyd olunub ki, ana müxalifətdəki Leyboristlər Partiyasının idarə etdiyi bələdiyyə yerli özünüidarəetmə qanununun 114-cü maddəsini qüvvəyə mindirməklə özünün faktiki iflasını elan edib.

Birmingem Şurasının sentyabr ayında büdcə kəsiri səbəbindən iflas elan etməsindən sonra Nottingem Şurası bu il iflas edən ikinci yerli hökumət olub.

Nottingem Şəhər Şurasının meri David Mellen Sky News-a verdiyi açıqlamada bələdiyyə işçilərinə maaş verəcəklərini, lakin bu maliyyə ilində onların büdcəsindən artıq pul xərcləməyəcəklərini söyləyib.

Mellen deyib: “13 ildir ki, maliyyəmiz azdır, xidmətlərdən gələn təzyiqlər bizi sıxır. Bir çox başqa bələdiyyələr çətin vəziyyətdədir. Biz müflis olan ilk bələdiyyə deyilik, sonuncu da olmayacağıq. Bacarıqsız deyilik. Hökumət bizi düzgün maliyyələşdirməyib”.