Bu gün “İnkişafa və islahatlara dəstək” ictimai Birliyin yaranmasından 4 il ötür.
Mən də bir vətəndaş olaraq, ictimai nəzarətin həyatə keçrilməsi üçün addımlar atmağa başladım. Çünki hər birimiz bu ölkənin vətəndaşıyıq və ehtiyac olan yerdə əlimizi daşın altına qoymağı bacarmalıyıq.
Elə həmin ərəfələrdə ölkəmizdə pandemiya dövrü başladı. Mən də bir vətəndaş olaraq əlimdən gəldiyi qədər ölkəmizdə aparılan “Evdə qal” kompaniyasında aktiv iştirak etməyə başladım. Bu dövrdə 7000 ədəd maska hazırladıb ehtiyacı olan insanlara payladıq. Bununla bərabər mən,dostlarımında dəstəyi ilə 850 ailəyə ərzaq yardımı etdik.
Daha sonra bu işləri rəsmi şəkildə etməyi qərara aldım və “İnkişafa və islahatlara dəstək” İB təsis etdik.
29 İyul 2020 ci ildə Ədliyyə Nazirliyi tərəfindən təşkilatımız rəsmi olaraq qeydiyyata alındı. Elə bu ərəfələrdə 44 günlük vətən müharibəsi başladı.
Vətən müharibəsi dövründə də biz təşkilat olaraq, arxa cəbhədə ordumuza əlimizdən gələn dəstəyi verdik.
Müharibə dövründə çox saylı şəhid ailələri və qazilərimizlə görüşüb,onların dərdini paylaşmağa çalışdıq. Zəfər xəbərindən sonra şəhid və qazilərimizin həyat və döyüş yolunu işıqlandırmağa və filmləri özümün təsiss etdiyim “Öndər.tv” internet televiziya kanalında yayımlamağa başladıq. Bu günə kimi 150 yaxın şəhid, 50 yaxın qazimiz haqqında çəkliş etmişik.
Bundan əlavə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Şəhidlərin və qazilərin həyat yolunun işıqlandıraraq gənc nəsilin marifləndirilməsi” layihəsi çərçivəsində 20 şəhid, 10 qazinin həyat yolu haqqında filim çəkərək “Öndər.tv” internet televiziyyasında yayımlamışıq. Bununla yanaşı, “Zəfər tariximizin regionlarda təbliği” adlı layihəsi çərçivəsində bir sıra rayonlarımızda maarifləndirici tədbirlər həyata keçirmişik. Ölkəmizdəki tədbirlərdən əlavə İctimai Birlik olaraq, qardaş Türkiyə Respublikasındada bir sıra tədbirlərdə iştirak edib ölkəmizi layiqincə təmsil etməyə çalışmışıq.
Bundan sonra da hər zaman dövlətimizin apardığı daxili və xarici siyasətə dəstək verib hər zaman töhfə verməyə çalışacağıq.