Vyetnamda nənə nəvəsinin əvəzinə yad geymeri döyüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Vyetnamdakı internet-kafelərin birində qeyri-adi və gülməli hadisə baş verib. Yaşlı bir qadın nəvəsini axtarmaq üçün kafeyə daxil olub və kompüter arxasında əyləşən gənclərdən birini nəvəsi zənn edib.
O, geymeri kompüter qarşısında bərk danlayaraq ona bir neçə zərbə vurub. Lakin qısa müddət sonra qadın qarşısındakı şəxsin onun nəvəsi olmadığını, böyük bir səhv etdiyini anlayıb.
Səhvini başa düşən nənə dərhal gəncdən üzr istəyib, onu öpüb və mehribanlıqla yanağını sığallayıb.
Hadisənin ən maraqlı tərəfi isə geymerin reaksiyası olub. Gənc heç bir müqavimət göstərmədən və etiraz etmədən yaşlı qadının “cəzasını” sonadək olduqca sakit şəkildə qəbul edib.
Xuraman Etibarlı
İnterpress.az






