“iPhone” almaq üçün Gürcüstana axın edirlərbackend

“iPhone” almaq üçün Gürcüstana axın edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Gürcüstan vətəndaşları Türkiyənin sərhəd vilayətlərinə alış-veriş etmələri barədə bir çox fakt məlumatlar yayılsa da, bu dəfə vəziyyət tərsinə başlayıb.

İnterpress.az xəbər verir ki, son günlər yüzlərlə Türkiyə vətəndaşları “İphone” almaq üçün Gürcüstana axın etməyə başlayıb.

Türk mətbuatı müsahiblərinə əsasən yazır ki, Gürcüstandan alınan “İphone” telefonlarıdan 15 min TL-yə (2 min 185 Lari) qədər xeyir əldə etmək olar.

“Türkiyədə “İphone” qiymətləri 30 ( 4 min 370 Lari) min ilə 57 min (8 min 300 lari) TL arasında dəyişir, amma Gürcüstanda bu qiymətlər vergilər səbəbindən aşağıdır. Şəxsiyyət vəsiqəsi ilə Sarp Sərhəd keçid məntəqəsindən bir günlük Gürcüstana keçərək Türkiyə vətəndaşları Batumidə “Apple Store”dan daha ucuz qiymətə alırlar. Üstəlik “tax free” etdirərək telefonu lap ucuza alırlar”,- Türkiyə mətbuatının yazdığı xəbərlərdə deyilir.
Bu kimi vəziyyətin artmasını nəzərə alan Türkiyə hökuməti 2023-cü ildən xaricdən gətirilən telefonların IMEI qeydiyyat haqqını üç dəfə bahalaşdıraraq 6 min 91 TL edib. 2023-cü ilin gəlişi az bir müddət qala isə Türkiyə vətəndaşları Batumi Sarp Sərhəd keçid məntəqəsində uzun sıxlıq yaradıb.

İstanbuldan Batumiyə telefon almaq üçün gəldiyini dilə gətirən Ömər Faruk Kaşarcıoğlu deyib: “Sərhəddən çətinliklə və sıxlıq keçdik. Batumidə “Apple” mağazalarında telefonun qalmayıb. 3-4 mağazaya baş çəkdik telefon tapmaqda çətinlik çəkdik. Buradan telefon almaq çox sərfəlidir, vergi yox, bir şey yox, amma bizdə ƏDV var. Bu tərəfdə siz həm vergidən azad olursunuz, həm də ƏDV yoxdur”.

Osmaniyeli başqa bir “İphone” istifadəçisi isə söyləyib: “Şəxsən Batumiyə telefon almaq üçün gəldim. İphone 14 Pro 128 aldım. 24 min 500 TL-yə. Gömrükdə 2 min 900 TL-ni geri qaytarıldı. Türkiyədə iPhone qiyməti 45-50 min TL civarındadır”.

İstanbuldan Batumiyə həm ziyarət etmək, həm də telefon almaq üçün gəldiyini bildirən Anıl Gül ifadə edib: “iPhone 13 pro Max 128 GB telefonunu 24 min TL-yə aldım. Amma bu telefonu Türkiyədən alsaydım, 42 min lirəyə alardım. Yəni 20 min TL-yə qədər ortada fərq var.