İqtisadiyyat nazirinin müavini: “Qazaxıstan hazırda milli İnfrastruktur planı üzərində iş aparır”backend

İqtisadiyyat nazirinin müavini: “Qazaxıstan hazırda milli İnfrastruktur planı üzərində iş aparır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan büdcəsinin təxminən 80 %-i Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşməsinə yönəldilir.

İnterpress.az  xəbər verir ki, bunu Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Bauyrzhan Kudaibergenov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda deyib.

“Bu gün Qazaxıstanda DİM-lər iqtisadiyyatın fərqli sahələrində islahatlar üçün baza rolunu oynayır. DİM-lərin indikatorlarının 70 %-ə yaxını artıq dövlət planlaşdırması sistemlərinə inteqrasiya olunaraq lokallaşdırılıb. Bura Qazaxıstanın 2050-ci ilə kimi inkişaf strategiyası, 2029-cu ilə kimi milli inkişaf planı, dövlət orqanları və milli şirkətlərinn inkişaf planlarının konsepsiyaları daxildir. Dövlət planlaması sənədlərində DİM-lərin öz əksini tapması isə öz növbəsində büdcələşmə və maliyyələşmə üçün əsasa çevrilir. Dövlət büdcəsinin təxminən 80 %-i bu məqsədlərin maliyyələşməsinə yönəldilir”, – B. Kudaibergenov deyib.

Onun sözlərinə görə, strateji, iqtisadi və büdcə planlamasının DİM-lə sinxronlaşdırmasını təmin etmək məqsədilə hazırda yeni dövlət palnlaması üzərində iş gedir.

“Qazaxıstan 2029-cu ilə kimi milli iqtisadiyyatını 2 dəfə artıraraq 450 milyard ABŞ dollarına çatdırmağı hədəf olaraq müəyyən edib. Bu məqsədə nail olmanın əsas drayveri özəl investisiyaların cəlbidir. Bu gün bizdə bunu reallaşdırmaq üçün demək olar ki, bütün alətlər mövcuddur. Lakin biznes çox tez-tez müvafiq infrastrukturun yoxluğundan gileylənir və bu gün mən deyərdim ki, bizim qarşımızda duran əsas maneə məhz budur. Bunu nəzərə alaraq biz hazırda milli İnfrastruktur planı üzərində iş aparırıq. Həmin sənəd biznesi lazımi infrastrukturla təmin etmək üçün təməl rolunu oynayacaq”,- deyə o bildirib.