İrakli Qaribaşvilinin evində AXTARIŞ APARILDIbackend

İrakli Qaribaşvilinin evində AXTARIŞ APARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq hökumət rəsmilərinin evlərində axtarış aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, bu gün sabiq baş nazir İrakli Qaribaşvili, keçmiş Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluashvili, sabiq baş prokuror Otar Partxaladze və daha səkkiz nəfərin evlərində axtarış aparılıb.

Axtarışlar zamanı elektron daşıyıcılar və pul vəsaitləri müsadirə edilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az