İran məhkəməsi “İsrailə casusluq” ittihamı ilə 4 nəfəri edam cəzasına məhkum edib.
İnterpress.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi İRNA məlumat yayıb.
İranın Qərbi Azərbaycan vilayətinin məhkəməsi 4 “Mossad agenti”ni “İsrailə casusluq” ittihamı ilə edam cəzasına məhkum edib.
Qeyd olunur ki, onlardan üçü İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın rəhbərliyi altında nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsində iştirak edib, onun məhv edilməsi üçün avadanlığı ölkənin dərinliklərinə keçirib.
Möhsün Fəxrizadə nüvə fiziki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli üzvü, İslam Respublikasının Müdafiə Nazirliyində çalışıb.
“İranın nüvə proqramının atası” hesab olunur. 27 noyabr 2020-ci ildə öldürülüb.
Xuraman Etibarlı
İnterpress.az