İran silahlı qüvvələri Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıbbackend

İran silahlı qüvvələri Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Silahlı Qüvvələrinin quru qoşunları Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə təlimlər keçirir.

İran ordusunun şimal-qərb bazasının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, manevrlər Pasve və Piranşəhr yaşayış məntəqələri yaxınlığında təşkil edilib.

Qeyd olunur ki, bu hərbi təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını artırmaqdır.

Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında, Araz çayı ərazisində manevrlər həyata keçirib.

Mənbə: irna.ir