İran üçün son şans: Generallar müharibə ssenarisini masaya qoydular – Şok gəlişməbackend

İran üçün son şans: Generallar müharibə ssenarisini masaya qoydular – Şok gəlişmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün görüşəcək ABŞ və İsrailin müdafiə nazirləri İranla nüvə danışıqlarının bərpası uğursuz olacağı təqdirdə, Tehranın nüvə obyektlərini məhv etmək üçün ən pis ssenariyə hazır olmasına imkan verəcək hərbi variantları müzakirə edəcəklər.

Turkustan.az teleqraf.com-a istinadən bildirir ki, İsrailin müdafiə naziri Benni Qantz bu gün Vaşinqtonda amerikalı həmkarı Lloyd Ostinlə görüşəcək. Qantzla görüş Pentaqon rəsmilərinin oktyabrın 25-də ABŞ prezidentinin müşaviri Ceyk Sallivanla brifinqindən sonra planlaşdırılıb. Pentaqon məlum görüşdə Sallivana İranın nüvə silahı istehsal etmək imkanlarını aradan qaldırmaq üçün mövcud olan bütün hərbi variantlar barədə məlumat verib.