İran xaricdəki israilliləri işgüzar görüşlərə cəlb etməklə onlara hücum etmək istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
İranın xüsusi xidmət orqanları bu yaxınlarda israilli iş adamını zərər vermək məqsədi ilə BƏƏ-yə cəlb etmək üçün əməliyyat təşkil etməyə cəhd edib. Bu barədə İsrail Milli Təhlükəsizlik Qərargahının bəyanatında deyilir.
Qeyd olunur ki, israilli iş adamı ilə əlaqə Telegram platforması vasitəsilə qurulub.
“Özlərini Səudiyyə mediasının nümayəndələri kimi təqdim edən iranlı agentlər iş adamını Dubaya görüşə dəvət ediblər. Bununla da mobil telefonuna daxil olmaq üçün ona zərərli linklər və fayllar göndəriblər. Lakin iş adamı təxribata uymayıb və təklifi İsrail kəşfiyyatının nümayəndələrinə çatdırıb”, – Milli Təhlükəsizlik Qərargahı qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az