İranda SEPAH-ın briqada generalı ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Əli Rza Əfşar ürək tutmasından vəfat edib.
O, İran-İraq müharibəsi (1980-1988) zamanı SEPAH Mərkəzi Qərargahına rəhbərlik edib və eyni zamanda 1989-1997-ci illərdə Bəsic könüllü qüvvələrinin komandanı olub.
İran İnternational-ın məlumatına görə, Əfşar 12 günlük müharibənin başlamasından bir neçə gün əvvəl bəyan edib ki, “İsrail İslam Respublikasının nüvə obyektlərinə qarşı ən kiçik addım belə ata bilməz”.
Xuraman Etibarlı
İnterpress.az






