İranın Sistan-Bəlucistan əyalətində rejim müxalifi “Ceyşul Ədl”ə mənsub olduqları iddia edilən 3 nəfər “terror aktları” törətdikləri üçün edam edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fars Xəbər Agentliyinin məlumatına görə, Sistan-Bəlucistan baş prokuroru Əli Mustafavi Niya mövzu ilə bağlı məlumat verib.
Mustafavi Niya, “Terror təşkilatı Ceyşul Adl ilə əlaqə saxlayaraq, terror aktı törətməklə dünyada fitnə-fəsad törətdiklərinə görə edama məhkum edilən Məhəmməd Berahuye Encüməni, Muhammed Kerim Barkizayi Aksun və İdris Bileraninin hökmü icra olundub.
Prokuror Niya bildirib ki, sözügedən şəxslər 2019-cu il yanvarın 29-da Zahidan şəhərində polis bölməsinə, 25 iyun 2019-cu ildə isə patrul xidmətində olan hərbi maşına bombalı hücum təşkil ediblər.
İranın Pakistan və Əfqanıstan sərhəddində yerləşən Sistan-Bəlucistan əyaləti son illərdə “bölgədə sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini” iddia edən və “Ceyşul Adl” arasında toqquşmalara səhnə olub.
İranda terror təşkilatı sayılan “Ceyşul Adl” “sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini” iddia edir və ölkənin cənub-şərqində, sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində vaxtaşırı silahlı aksiyalar təşkil edir.