İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıbbackend

İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə İnterpress.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqust ayının 15-də saat 00:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.