İran Yaponiyada şiəliyi yaymaq üçün milyonlarla dollar xərcləsə də, 6 ildə cəmi bir nəfəri öz dininə cəlb edə bilib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İranın Yaponiyada İslam dininin şiə məzhəbini yaymaq məqsədilə həyata keçirdiyi çoxmilyonluq missiyanın uğursuz və gözlənilməz nəticələri açıqlanıb.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş rəhbəri Heşmətullah Fəlahətpişə bildirib ki, ölkəsi Yaponiyada təbliğat aparmaq üçün milyonlarla dollar xərcləsə də, 6 il ərzində cəmi bir nəfər şiə məzhəbini qəbul edib.
Fəlahətpişənin sözlərinə görə, çoxmilyardlıq büdcəyə malik rəsmi xüsusi dövlət xidməti yerli yaponları şiə islamına cəlb etməyə çalışıb, lakin bu uzun müddət ərzində dinə gətirilən yeganə şəxs də yerli yapon deyil, ölkəyə gələn xarici fəhlə olub.
Mətbuatda yayılan bu açıqlama İranda böyük dövlət vəsaitlərinin xaricdə səmərəsiz dini təbliğat kampaniyalarına xərclənməsi ilə bağlı geniş daxili müzakirələrə və kəskin tənqidlərə yol açıb.
Xuraman Etibarlı
İnterpress.аz






