İranlı rejissora 6 il həbs cəzası verildibackend

İranlı rejissora 6 il həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranlı rejissor Cəfər Pənahiyə qarşı hökm qüvvədə qalıb.

O, altı il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İranın məhkəmə orqanlarının rəsmi nümayəndəsi Məsud Setayeşi məlumat verib. İran məhkəməsi hökmü qəti və icrası zəruri elan edib.

“Bununla əlaqədar olaraq, o, cəzasını çəkmək üçün iyulun 11-də “Evin” həbsxanasına göndərilib”, – deyə Setayeşi əlavə edib. Pənahi İran kinosunun “yeni dalğası”nın nümayəndələrindən biridir. Onun “Üç üz” filmi Kann kinofestivalında ən yaxşı ssenariyə görə, “Qapalı pərdə” filmi isə Berlin kinofestivalında mükafata layiq görülüb. Bundan əlavə, 2000-ci ildə Pənahinin “Dairə” işi Venesiya kinofestivalında beş mükafata layiq görülüb.

İranlı rejissor Cəfər Pənahi daha iki kinorejissor Məhəmməd Rəsulof və Mustafa Ələhmədin həbs olunmasına etiraz olaraq keçirilən aksiyada iştirak etdiyi üçün həbs edilib. Rəsulof və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.