İraq Baş naziri Səudiyyə Ərəbistanına rəsmi səfəri LƏĞV EDİLDİbackend

İraq Baş naziri Səudiyyə Ərəbistanına rəsmi səfəri LƏĞV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq Baş naziri Əli əş-Zeydinin Ər-Riyada planlaşdırılan səfəri təhlükəsizlik səbəbindən təxirə salınıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Qətərin “Al-Araby” telekanalı məlumat yayıb.

İraqın Baş naziri Əli əş-Zeydinin sabah, yəni cümə axşamı Səudiyyə Ərəbistanına planlaşdırılan rəsmi dövlət səfəri regionda təhlükəsizlik sahəsində baş verən son kəskin hadisələr səbəbindən ləğv edilib.

Məlumata görə, ləğv ABŞ-Səudiyyə koalisiyasının hava hücumları və İraq Milli Təhlükəsizlik Şurasının təcili iclası ilə bağlıdır.

Bölgədə hərbi gərginliyin artdığı bir vaxtda planlaşdırılan bu mühüm diplomatik səfərin ləğv edilməsi İraq və Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli münasibətlərdə yaranan növbəti böhranın göstəricisi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.аz