İraqın Baş naziri Məhəmməd əl-Sudani İranda rəsmi səfərdədirbackend

İraqın Baş naziri Məhəmməd əl-Sudani İranda rəsmi səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Baş naziri Məhəmməd əl-Sudani İranda rəsmi səfərdədir.

İnterpress.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran Prezidenti İbrahim Rəisi ilə Məhəmməd əl-Sudani arasında görüş olub. Hökumət başçıları görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirərək HƏMAS-İsrail müharibəsi ilə bağlı açıqlama veriblər.

İran Prezidenti müharibənin başlamasında Avropa İttifaqı və ABŞ-ı ittiham edib. O, iki ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı birgə əməkdaşlığı xüsusi vurğulayıb.