İrəvana qayıdan terrorçu gənclərlə “məşğul olmağa” başladı – FOTObackend

İrəvana qayıdan terrorçu gənclərlə “məşğul olmağa” başladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən, bir müddət əvvəl azadlığa buraxılaraq İrəvana qayıdan erməni terrorçu Hampiq Sasunyan öz “təcrübə”lərini erməni gənclərlə bölüşməyə, onlarla “məşğul olmağa” başlayıb.

Sosial şəbəkənin erməni seqmentində yer alan çoxsaylı xəbərlərdə Hampiq Sasunyanın erməni gənclərlə görüşlərindən bəhs olunur.

Əslində Qaregin Njde, Dro, Andronik kimi əliqanlı cinayətkarları qəhrəmanlaşdıran erməni cəmiyyətində Hampiq Sasunyanın gənclərə örnək olaraq göstərilməsi təəccüb doğurmamalıdır. Faşizm tərəfdarına abidə qoyan, qatilləri milli qəhrəman kimi yad edən xalqdan azadlığa buraxılması belə böyük səs-küyə səbəb olan terrorçunun “təcrübəsi”ni öyrənməkdən başqa nə gözləmək olar ki?

Türkiyəli diplomatı sadəcə milliyətinə görə öldürən və buna səbəb olaraq qondarma, mövcud olmayan bir soyqırımı əsas gətirən cani hazırda İrəvanda yeni terrorçular hazırlamaq, ermənilərə terrorizmin sirlərini, şovinist hisləri aşılamaqla məşğuldur.

Hampiq Sasunyanı azad edənlər onun törətdiyi əməlindən zərrə qədər peşman olmadığını görməzdən gəliblər. Odur ki, bu gün sözügedən terrorçu şad-xürrəm İrəvanda dolanır, sözsüz ki, bəşəriyyətə qarşı yeni cinayətlərin “sir”lərini ətrafındakılara öyrədir.

Bu iyrənc prosesdə məsuliyyəti Hampiq Sasunyanın azadlığa çıxmasında əli olan hər kəs və ümumiyyətlə erməni cəmiyyəti məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət unudur ki, erməni terroru onlardan da yan keçməyə bilər. Bu baxımdan onun qarşısının alınması üçün qəti addımlar atılmalıdır. Əks halda bu gün İrəvanda gənclərə “təlim” keçən cani, öz fəaliyyəti və tələbələrinin “bacarığı” ilə sabah dünyanın hansısa bir nöqtəsində günahsız insanların ölümünə səbəb ola bilər.