spaniyada gürcü cinayətkar qruplaşmasına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumatda bildirilib ki, əməliyyat nəticəsində 30 nəfər saxlanılıb.
Onlar evlərdən oğurluqda və çirkli pulların yuyulmasında ittiham olunurlar. Axtarışlar Barselona və Kataloniyanın əraziləri də daxil olmaqla 30-dan çox ünvanda aparılıb.