İsrail aviaşirkəti bir həftəlik Moskvaya və əks istiqamətdə uçuşları ləğv edib.
İnterpress.az xəbər verir ki, İsrailin “El Al Airlines” aviaşirkəti Təl-Əvivdən Moskvaya və əks istiqamətdə uçuşları müvəqqəti dayandırdığını açıqlayıb. Qərar Rusiya hava məkanında mövcud vəziyyətlə bağlıdır və gələn həftə qüvvəyə minəcək.
Azərbaycanın AZAL aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsi ilə insidentdən sonra belə tədbirləri həyata keçirən ilk aviaşirkət El Al Airlines olub.
İsrail mətbuatının məlumatına görə, qərar AZAL-a məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı yayılan xəbərlərdən sonra yaranan narahatlıqla bağlı olub.
Xuraman Etibarlı
İnterpress.az