İsrail HƏMAS-ın təqdim etdiyi girovların siyahısının danışılandan fərqli olmasına baxmayaraq qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. İsrail HƏMAS-ın təqdim etdiyi girovların siyahısını əvvəllər müzakirə edilən adlardan fərqli olmasına baxmayaraq qəbul edib.
Eyni zamanda, vasitəçilərə bunun “təşkilat tərəfindən şərtlərin pozulması” olduğu çatdırılıb.
Qeyd olunur ki, İsrail hökuməti artıq onları qəbul etməyə hazırlaşır və bu gecə müqabilində azad olunacaq fələstinli məhbusların siyahısını vasitəçilərə təhvil verəcək.
Bu gün səhər saatlarında HƏMAS İsrail və təşkilat arasında atəşkəs razılaşması çərçivəsində azad ediləcək 4 qadın girovun adlarının siyahısını açıqlayıb.
Daha sonra İsrail mediası hökumət rəsmilərinə istinadən bildirir ki, təqdim olunan siyahı əvvəllər müzakirə olunan siyahıya uyğun gəlmir: orada daha əvvəl azad edilməli olan mülki girovun (siyahıdakı hər kəs hərbçi olub) adı daxil edilməyib.
Xuraman Etibarlı
İnterpress.az