KTMT Ermənistanı hələ də müttəfiq hesab edir.
İnterpress.az xəbər verir ki, bu barədə təşkilatdakı mənbə TASS-a bildirib. KTMT Ermənistanı hələ də müttəfiq hesab etdiyini qeyd edib.
“Bəli, təşkilatın Katibliyi Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır. Bununla belə, biz Ermənistanı hələ də müttəfiq hesab edirik və İrəvanla iş rejimində qarşılıqlı əlaqəni davam etdiririk”, – KTMT-dən bildirilib.
Xuraman Etibarlı
İnterpress.az