İsraillilərin 62%-i Netanyahunun istefasını TƏLƏB EDİRbackend

İsraillilərin 62%-i Netanyahunun istefasını TƏLƏB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraillilərin yarıdan çoxu Netanyahunun istefa verməli olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bununla bağlı araşdırmanı Panels Politics Institutu aparıb.

İsraillilərin 62%-i hesab edir ki, baş nazir Netanyahu da İsrail ordusunun Baş Qərargah rəisi Halevi kimi istefa verməlidir.

Onlar Netanyahu və Halevinin  2023-cü il oktyabrın 7-də baş vermiş uğursuzluğa görə məsuliyyəti öz üzərlərinə götürməli olduqlarını vurğulayıblar.

Qeyd olunur ki, müxalifət partiyalarının seçiciləri arasında seçicilərin 93%-i, koalisiya partiyaları arasında isə cəmi 31%-i Netanyahunun istefasını dəstəkləyir. Hətta Likudda 18% Netanyahunun istefasını dəstəkləyir.

Xuraman Etibarlı

İnterpress.az