Səudiyyə Ərəbistanı Netanyahuya ULTİMATUM VERDİbackend

Səudiyyə Ərəbistanı Netanyahuya ULTİMATUM VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Netanyahuya ultimatum verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Maariv” nəşri yazıb. Bildirlir ki, Səudiyyə Ərəbistanı İsrailin tarixi sülh razılaşması əldə etməsi üçün şərtlər qoyub.

Qeyd olunur ki, Ər-Riyad Netanyahudan İsrail qoşunlarının dərhal Livanın cənubundan çıxarılmasını və Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını tələb edir.

Analitiklərin fikrincə, bu şərtlər seçim qarşısında qalan Netanyahu üçün bir növ ultimatum olub: Səudiyyə Ərəbistanının tələblərini yerinə yetirmək, koalisiyası daxilində müqavimət göstərmək və ya baş nazirliyinin ən böyük diplomatik nailiyyəti şansını itirməkdən imtina etmək.

Məlumdur ki, Səudiyyə Ərəbistanı Livanı özünün təsir zonasına çevirməkdə, eləcə də Qəzza zolağında vəziyyətin sabitləşdirilməsində maraqlıdır.

Buna nail olmaq üçün səudiyyəlilər təkcə Livandan çəkilməni deyil, həm də Qəzza zolağında HƏMAS ilə uzunmüddətli atəşkəs daxil olmaqla yekun razılıq tələb edirlər.

Danışıqlarda fəal iştirak edən Tramp da İsrail rəhbərliyinə təzyiq edir. İsrail və Səudiyyə Ərəbistanı arasında sülh sazişi onun geosiyasi ambisiyalarının bir hissəsidir.

Xuraman Etibarlı

İnterpress.az