Rusiyada 8 yaşlı oğlanla 13 yaşlı qız evlənib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Həştərxanda 8 yaşlı qaraçı Romka 13 yaşlı Zülfiyyə ilə evlənib.
Toy şampan fəvvarələri və “dollar” yağışı olan bahalı restoranda baş tutub. Zal bahalı və zəngin üslubda bəzədilİB: büllur çilçıraqlar, bol meyvə, dəbdəbəli tort və şampan fəvvarələri.
Qonaqları ofisiantlar məcburi təbəssümlə qarşılayıblar. Amma gecənin əsas hadisəsi ləzzətlərin bolluğu yox, bəylə gəlinin yaşı olub.
Hadisə şahidlərinin sözlərinə görə, toy qayınananın təkidi ilə təşkil olunub.
O, əmindir ki, gəlini evə aparmağın, ona yemək bişirməyi, yumağı, mətbəxdə, belə desək, “qadın hikmətini” öyrətməyin və birbaşa məsuliyyətini onun kövrək çiyinlərinə atmağın vaxtı çatıb.
Bəy haqqında suallara qayınana belə cavab verib:
“Nə fərqi var, Romka böyüyəcək!”.
Xuraman Etibarlı
İnterpress.az