Aİ gürcü diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a icma ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə bildirib. Aİ-nin 27 ölkəsinin daimi nümayəndələri gürcü diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiqləyib.
Səbəb “ölkədə diplomatik reaksiya” deyilən hadisə olub.
Onun sözlərinə görə, bu qərar indi Aİ Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir. Bu, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirliklərinin rəhbərlərinin yanvarın 27-də keçiriləcək görüşündə edilə bilər.
Xuraman Etibarlı
İnterpress.az