Tayvanda nəhəng bir piton bankomata girib.
İnterpress.az xəbər verir ki, hadisə videoya çəkilib və sosial şəbəkələrdə yayılıb. Tayvanda iki metrlik ilan bankomatı zəbt edərək bank müştərisinin ondan istifadə etməsinə mane olub.
Yanvarın 20-də Taypeydə lentə alınan videoda böyük bir pitonun küçə bankomatına dırmaşaraq onun üzərində süründüyü əks olunub.
Video yoldan keçən biri tərəfindən mobil telefonun kamerasına çəkilib.
“Vay, nə böyük ilandır. Bankomatda nəhəng ilan oturub, pul çıxarmağa gəlib. Uzunluğu iki metrə yaxındır. Həqiqətən çox böyükdür”, – videoya çəkən adam şərh verir.
Xuraman Etibarlı
İnterpress.az