İsrail HHQ Qəzzada “İslam Cihadı”nın iki komandirini MƏHV ETDİbackend

İsrail HHQ Qəzzada “İslam Cihadı”nın iki komandirini MƏHV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağında “İslam Cihadı”nın əsas yaraqlılarını məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələri iyulun 8-də Qəzza zolağının cənubunda hava zərbələri endirərək “İslam Cihadı” təşkilatının iki əsas yaraqlısını məhv edib.

Zərərsizləşdirilən şəxslərin “Nuxbə” bölməsinin komandiri Əyad Məhəmməd Əbdüləziz Nəfal və təşkilatın özək rəhbəri Əhməd Əbdülhəmid Həməd Məruf olduğu bildirilir.

Qeyd olunur ki, müharibə müddətində onlar İsrail ərazisinin raket atəşinə tutulmasını həyata keçiriblər.

Əlavə olaraq bildirək ki, hər iki yaraqlı yaxın vaxtlarda həmin ərazidə fəaliyyət göstərən İsrail ordusu qüvvələrinə qarşı terror aktları planlaşdırırdı.

Məhz mövcud təhlükənin aradan qaldırılması məqsədilə həmin şəxslər hərbçilər tərəfindən zərərsizləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az