İsrail ordusu daha iki girovun öldüyünü açıqlayıb.
interpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verilib.
Bununla bağlı məlumat kəşfiyyat məlumatları əsasında əldə edilib.
İyulun 22-də İsrail ordusunun rəsmiləri Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan daha iki girovun – 75 yaşlı Aleks Dantsiqa və 35 yaşlı Yaqava Bukştabın öldüyünü bildirib.
Sektorun cənubundakı Xan Yunesdə bir neçə ay əvvəl öldürülən girovların ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır. Onların cəsədlərinin hələ də HƏMAS-ın ixtiyarında olduğu qeyd edilir.
HƏMAS hazırda 120 nəfəri girov saxlayır, onlardan 46-nın öldüyü elan edilib.
Xuraman Etibarlı
İnterpress.az