İsrail ordusu Hizbullahın Cənub Cəbhəsinin komandirini ÖLDÜRDÜ – VİDEObackend

İsrail ordusu Hizbullahın Cənub Cəbhəsinin komandirini ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Hizbullahın Cənub Cəbhəsinin komandiri Əli Karakini məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Sosial şəbəkələrdə hücumdan sonrakı görüntülər yayımlanıb.

Sentyabrın 21-də Səudiyyə Ərəbistanının “Əl Hədəs” telekanalı xəbər verib ki, Hizbullahın rəhbəri Əqil öldürüldükdən sonra onun əməliyyat qərargahına nəzarət Hizbullahın Livandakı Cənub Cəbhəsinin komandiri Əli Karaki və 910 xüsusi təyinatlı qüvvələrinin komandiri Talal Hamiyeyə verilib.

Xuraman Etibarlı

İnterpress.az