İsrail Qəzzadakı xəstəxananı boşaltmaq üçün bir saat vaxt verib.
İnterpress.az xəbər verir ki, bu barədə Qəzzanın tibbi mənbələri bildirib.
Belə ki, onlar İsrail qüvvələrinin Qəzzadakı Əl-Şifa xəstəxanasındakı həkimlərə, xəstələrə və köçkünlərə xəstəxananı boşaltmaları üçün bir saat vaxt verdiyini bildiriblər.
Xatırladaq ki, İsrail ərazisinə HƏMAS tərəfindən raket hücumları oktyabrın 7-də Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əks-əməliyyat “Dəmir qılınclar” adlandırılıb.