İsrail Qəzzaya internet verməmək üçün Musk ilə prinsipcə razılaşdıbackend

İsrail Qəzzaya internet verməmək üçün Musk ilə prinsipcə razılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin rabitə naziri Şlomo Karhi ABŞ-lı milyarder İlon Mask və onun sahibi olduğu peyk internet sistemi Starlink ilə Tel-Əvivin icazəsi olmadan blokadada olan Qəzza zolağına peyk interneti verməmək mövzusunda prinsipial razılığa gəldiklərini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Rabitə naziri Karhi məsələ ilə bağlı açıqlama verib.

Elon Musk Rabitə Nazirliyi ilə mühüm bir ilkin razılaşma əldə edib. Nəticədə, Rabitə Nazirliyinin icazəsi olmadan Starlink peyk internet sistemi İsraildə işlədilə bilməz.

Mask hələlik məsələ ilə bağlı açıqlama verməyib.

İsrail oktyabrın 18-də İlon Maska məxsus SpaceX şirkəti ilə Starlink peyk internet sistemindən istifadə üçün danışıqlara başladığını açıqlayıb.