İsrail qüvvələri Qüdsün şimalındakı Kalendiya Qaçqınlar Düşərgəsindəki Qüds Qubernatorluğu binasına basqın edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fələstinin rəsmi agentliyi WAFA-nın yerli mənbələrə istinadən verdiyi xəbərə görə, İsrail ordusu Ramallah ilə Qüds arasında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsi və Kefr Akab qəsəbəsinə basqınlar həyata keçirib.
Kalendiya Qaçqınlar Düşərgəsində Qüds Qubernatorluğu binasına və hava limanı yolundakı bəzi mağazalara basqın edən İsrail qüvvələri ilə fələstinlilər arasında insident yaşanıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, İsrail qüvvələri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı biri real güllə, digəri gözünə dəyən rezin güllə, 3-ü isə hücum nəticəsində 5 fələstinlini yaralayıb.
Qızılay qrupları yaralılara hadisə yerində müdaxilə edib.