Hayfa sakini İran üçün kəşfiyyat tapşırıqları yerinə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və polisi İranın kəşfiyyat xidmətləri üçün tapşırıqlar yerinə yetirən 44 yaşlı Hayfa sakinini həbs edib.
Saxlanılan şəxsin düşmən ölkənin xüsusi xidmət orqanlarına casusluq etdiyi bildirilir.
Aparılan istintaq nəticəsində həmin şəxsin 2026-cı ilin yanvar-mart aylarında, o cümlədən “Şir nərəsi” əməliyyatı dövründə İran agentinin maraqlarına xidmət etdiyini dərk edərək onlar üçün bir sıra vəzifələri icra etdiyi məlum olub.
Onun yerinə yetirdiyi tapşırıqlara xüsusi əhəmiyyətli ərazilərdə fotoçəkilişlər aparmaq da daxil olub.
Bunun müqabilində isə o, rəqəmsal valyutalar şəklində pul vəsaitləri əldə edib.
Xuraman Etibarlı
İnterpress.az






