İsrailin Qəzzaya hücumları nəticəsində 1,7 milyon fələstinli didərgin düşübbackend

İsrailin Qəzzaya hücumları nəticəsində 1,7 milyon fələstinli didərgin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumlar nəticəsində 1 milyon 700 min fələstinlinin didərgin düşdüyünü açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. UNRWA-nın bu gün dərc etdiyi hesabatda, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumları nəticəsində 1 milyon 700 min fələstinlinin Qəzza zolağının müxtəlif bölgələrinə köç etmək məcburiyyətində qaldığı bildirilib.

Hesabatda qeyd olunub ki, noyabrın 19-na olan məlumata görə, Qəzza zolağının şimalı daxil olmaqla 5 şəhərində UNRWA-nın 156 obyektində ümumilikdə 1 milyon 700 min, mərkəzi bölgələrdə, Xan Yunis və 99 obyektdə 770 min köçkün yaşayır.
Təxminən 160 min məcburi köçkün fələstinlinin İsrailin boşaldılmasını istəməzdən əvvəl 12 oktyabr tarixinə qədər Qəzza zolağının şimalındakı 57 UNRWA məktəbinə sığındığını xatırladan hesabatda, UNRWA-nın köçkünlərə yardım göstərmək və onları qorumaq üçün bu məktəblərə çata bilmədiyi qeyd edilib.
Qəzzada yaşanan yanacaq böhranı ilə bağlı hesabatda İsrailin 18 noyabrda 120 min litr yanacağın ölkəyə girişinə icazə verdiyi və bunun iki gündə istifadə edildiyi vurğulanır və icazə verilən yanacağın gündəlik kritik ehtiyacların yalnız yarısını ödəyəcəyi vurğulanır. Hər iki gündə 120 min litr yanacağın veriləcəyi bildirildi.