İsrail ordusu Şifa xəstəxanasının direktoru Əbu Silmiyənin saxlanılaraq “dindirilmə” üçün göndərildiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İsrail qüvvələrinin Əbu Silmiyyeni saxladığı bildirilib. İsrail ordusundan verilən açıqlamada Şifa xəstəxanasının müdiri Əbu Silmiyənin saxlanılaraq “dindirilmə” üçün köçürüldüyü qeyd edilib. Açıqlamada Əbu Silmiyənin idarəçiliyində olan Şifa xəstəxanasının “Həmasın komanda və idarəetmə mərkəzi” kimi xidmət etdiyi iddia edilsə də, xəstəxana direktorunun hara aparıldığı barədə məlumat verilməyib.