İsveç XİN NATO-ya üzvlüyün ratifikasiyasının Türkiyənin F-35-alması ilə bağlı olduğunu bildiribbackend

İsveç XİN NATO-ya üzvlüyün ratifikasiyasının Türkiyənin F-35-alması ilə bağlı olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç XİN rəhbəri Tobias Billström bildirib ki, Ankaranın bu ölkənin NATO-ya üzvlüyünü ratifikasiya etməsi ilə Türkiyənin F-35 təyyarələrini alması bir-birinə bağlı məsələlərdir.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında o bildirib ki, bu iki məsələ bir-birindən asılıdır: “Bu iki məsələnin bir-biri ilə əlaqəli olduğunu artıq bilirik. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da sentyabr ayında bu barədə danışmışdı. İsveç NATO-ya daxil olmaq üçün bütün tələbləri yerinə yetirib”.

Nazir qeyd edib ki, o, üzvlük sənədinin tezliklə ratifikasiyasına ümid edir.

Xatırladaq ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.