İsveç yığmasının baş məşqçisi: “Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaqlar”backend

İsveç yığmasının baş məşqçisi: “Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaqlar”.

İnterpress.az xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

61 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada dəstəksiz qalmayacaqlarını söyləyib: “Təşəkkür etmək istədiyim o qədər insan var ki. Bizi dəstəkləyənlər böyük ürəkli insanlardır. Onların bu addımları bizim üçün çox şey deməkdir”.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq. Hazırda İsveç 7 xalla üçüncü, Azərbaycan isə 4 xalla dördüncü pillədə qərarlaşıb. Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək son matçların ardından vəzifəsindən ayrılacaq.