İsveçdə təxribatlarını davam etdirən terror təşkilatı PKK tərəfdarları Göteborq şəhərində bələdiyyə binasının dirəklərinə təşkilat cır-cındırını çəkərək təbliğat aparıblar. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Terror təşkilatının bu təxribatının görüntüsü PKK-nın təbliğatını aparan sosial media hesablarında paylaşılıb.
Ötən gün Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində İsveçin NATO-ya qəbul protokolu ilə bağlı təkliflə bağlı müzakirələr təxirə salınıb. AK Partiya millət vəkillərinin qəbul etdiyi təxirə salınma təklifində bu ifadələr yer alıb: “Müzakirə olunan məsələyə aydınlıq gətirilmədiyi və danışıqların yetərincə yetişmədiyi üçün təklifin maddələri ilə davam etdirilməməlidir və edilməlidir”.
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin bu qərarı ilə bağlı İsveç hökuməti hələlik açıqlama verməyib.