İsveçdən ilk məhbuslar Estoniyaya gətirilib.
İnterpress.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Tallin və Stokholm arasında əldə olunmuş razılaşmaya əsasən, bir il ərzində Tartu şəhərinə 600 isveçli məhbus gətirilməlidir.
Onların saxlanılması xərclərini İsveç qarşılayır — bu məbləğ ildə 31-dən 61 milyon avroyadək (təxminən 58 milyon 632 min manatdan 115 milyon 371 min manatadək) təşkil edir.
Estoniyada həbsxana yerlərinin icarəyə verilməsi İsveçin azadlıqdan məhrumetmə müəssisələrində yaranmış gərgin vəziyyətlə bağlıdır.
Xuraman Etibarlı
İnterpress.az






