İsveçrə ABŞ-ni tarifləri azaltmağa inandırmaq imkanlarını araşdırır – “Tages-Anzeiger”backend

İsveçrə ABŞ-ni tarifləri azaltmağa inandırmaq imkanlarını araşdırır – “Tages-Anzeiger”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə hakimiyyəti ABŞ-ni tarifləri azaltmağa inandırmaq imkanlarını araşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə “Tages-Anzeiger” qəzeti yazıb.

Bildirilirt ki, İsveçrə hakimiyyəti Vaşinqtondan mayeləşdirilmiş təbii qazın birbaşa alınması müqabilində ABŞ-ni tarifləri azaltmağa inandırmaq imkanlarını araşdırır.

Qəzetin sözlərinə görə, Vaşinqtonla tarif razılaşmasının uğursuzluğundan sonra Bern “çılğın şəkildə indiki vəziyyətdən çıxış yolu axtarır”.

Nəşrin fikrincə, İsveçrə Vaşinqtonu enerji sektorunda güzəştlər müqabilində tarifləri azaltmağa inandıra bilən Avropa İttifaqından nümunə götürə bilər.

Qeyd olunur ki, İsveçrənin iqtisadiyyat naziri Qay Parmelin konfederasiyanın bu yolla gedə biləcəyini istisna etmir.

Xuraman Etibarlı

İnterpress.az