İtin tapdaladığı güllük 3 nəfərin ölümünə SƏBƏB OLDU – FOTObackend

İtin tapdaladığı güllük 3 nəfərin ölümünə SƏBƏB OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rostov vilayətində itin tapdaladığı güllük 3 nəfərin ölümünə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rostovda 75 yaşlı təqaüdçü özgə itinin hasarın deşiyindən keçərək onun bağına girib ortalığı qarışdırmasından əsəbiləşib.

Əsəbləşən kişi itin sahiblərini, yəni 67 yaşlı qonşusunu və onun 42 yaşlı qızını güllələyib. Daha sonra kişi intihar edib.

Hadisə zamanı evdə 13 yaşlı qəz nəvəsi olub, lakin o, atəş səslərini eşidib və qonşuların yanına qaça bilib.

Qonşularını güllələdikdən sonra evə qayıdan yaşlı qaraja girib və başına atəş açıb.

Xuraman Etibarlı

İnterpress.az