İtkin düşən 14 yaşlı Cəlilabad sakini Bakıda tapılıbbackend

İtkin düşən 14 yaşlı Cəlilabad sakini Bakıda tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.

Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P. Quliyevin Bakı şəhərində olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.