Kabarda-Balkarda FACİƏ: İki alpinist dağdan yıxıldı, ÖLƏN VARbackend

Kabarda-Balkarda FACİƏ: İki alpinist dağdan yıxıldı, ÖLƏN VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kabardin-Balkarda iki alpinist dağdan yıxılıb – biri ölüb, digəri yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Kabarda-Balkar Respublikasında iki alpinist dağdan yıxılıb. Hadisə nəticəsində alpinistlərdən biri həyatını itirib, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fövqəladə hadisə təxminən 3700 metr yüksəklikdə yerləşən Adıl-Su dərəsinin yuxarı hissəsində, Via-Tau zirvəsində qeydə alınıb.

Hadisə barədə siqnal daxil olan kimi dərhal əraziyə xilasetmə briqadaları göndərilib.

Hazırda mürəkkəb dağlıq şəraitdə yaralı alpinistin təxliyə edilməsi və həlak olan şəxsin meyitinin aşağı endirilməsi istiqamətində əməliyyat həyata keçirilir.

Faktla bağlı rəsmi təhqiqat başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az