Kabildə avtomobil raketlə vuruldu – VİDEObackend

Kabildə avtomobil raketlə vuruldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 30-u səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərində bir neçə partlayış baş verib.

Bu barədə CNN televiziya kanalının jurnalisti məlumat verib.

“Son bir saat ərzində Kabildə partlayış səsləri eşidildi”, – deyə CNN-nin jurnalisti vurğulayıb.

O, partlayışların təfərrüatı barədə hələlik heç bir məlumata sahib olmadığını bildirib.

Bundan əlavə, yerli mətbuat yazır ki, bu gün Kabildə hava limanına doğru hərəkət edən avtomobil raketlə vurulub.

İnsident nəticəsində ölən və yaralılar barədə hələlik məlumat verilmir.