Kanada Ukraynaya yeni səfir təyin edibbackend

Kanada Ukraynaya yeni səfir təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Ukraynanın 32-ci Müstəqillik Günündə ölkəyə yeni səfir təyin edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kanada Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Kanada Xarici İşlər Naziri Melani Coli Ukraynada 4 il xidmət etmiş Larisa Qaladzanın yerinə Natalka Cmoc-u səfir təyin edib.

“Ukraynalılar müstəqillik və suverenlik uğrunda mübarizəni davam etdirdikcə, Kanada güclü tərəfdaş olaraq qalır və Ukraynanın bərpası və inkişafını dəstəkləmək üçün orada olacaq”, – bəyanatda deyilir.

“O, Kiyevdə Kanadanın gözü və qulağı olacaq, Kanada bu çətin dövrdə və uzun müddət ərzində Ukraynanı dəstəkləməyə davam edəcək”, – deyə yeni təyin olunmuş səfir CMoc-a açıqlamasında bildirib.

Ana dili Ukrayna dili olan CMoc-un təyinatı ölkənin müstəqilliyinin 32-ci günündə baş tutub.

Kanada 1991-ci ildə Ukraynanın müstəqilliyini tanıyan ilk Qərb ölkəsi olub.